Bir Dağın Xatirəsinə...

Bu arxiv yalnız elmi məqalələrin toplandığı bir səhifə deyil.

Bu, yüzillər boyu bu dağa gələn, onun daşına toxunan, torpağını araşdıran, xəritəsini çəkən, filizini analiz edən, laboratoriyalarda gecələrini keçirən, mədənlərdə çalışan, zavodlarda istehsal edən, öyrədən, öyrənən və artıq aramızda olmayan bütün alimlərin, mühəndislərin, geoloqların, texniklərin və zəhmət insanlarının xatirəsinə kiçik bir ehtiramdır.

Onların bəziləri adlarını kitablara yazdırdı...Bəziləri yalnız köhnə hesabatlarda qaldı...Bəzilərinin adı isə heç bir yerdə yazılmadı…

Amma bu gün bildiklərimizin hər sətirində onların əməyi yaşayır.

ODERA Elmi Arxivi keçmişə sahib çıxmaq, bu elmi irsi qorumaq və gələcək nəsillərə olduğu kimi çatdırmaq niyyəti ilə yaradılmışdır.

Çünki hər böyük elmi yolçuluq, bir zamanlar bir dağa hörmətlə baxan insanların izi ilə başlayır.

"Bəzi dağlar yalnız mineral saxlamır... Bəzi dağlar insanlığın yaddaşını qoruyur. "Biz yalnız bir dağın sərvətini deyil, onun xatirəsini də qorumağa çalışırıq.

© Müəllif hüquqları müəlliflərə və nəşriyyatlara məxsusdur. ODERA Elmi Arxivi bu materialları yalnız elmi irsin qorunması, təhsil və istinad məqsədi ilə təqdim edir.